Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alveri-bəşəriyyətin bitib tükənməyən bəlası”  başlıqlı tədbir keçirilib

20.05.2022

20.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı İnsan Alverinə Qarşı Mübarizə  ilə bağlı Ticarət və  Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "İnsan alveri-bəşəriyyətin bitib tükənməyən bəlası"  başlıqlı tədbir keçirdi.  Filialın müdiri Rahilə Qasımova tədbiri açaraq İnsan Alveri  haqqında qısa məlumat verdi və qeyd etdi  ki, tədbiri keçirməkdə  məqsədimiz gəncləri bu mövzuda maarifləndirməkdir.
Tədbirdə  Xəzər rayon Qadın  Resurs Mərkəzinin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü vəkil Elnarə Eyyubova, GDU-nin rus dili kafedrasının dosenti,  Təmas Regional İctimai Birliyinin təsisçisi və rəhbəri Kubra Ələkbərova,  3 saylı peşə liseyinin  psixoloqu Səadət  Xudatova,  1 saylı peşə məktəbinin  Tədris İstehsalat İşləri üzrə direktor müavini Zaur  Əliyev çıxış etdilər. 
Tədbirdə çıxış edən hüquqşünas Elnarə Eyyubova  Avropa Şurasının  "İnsan alverinə qarşı mübarizə haqqında" 16 may 2005-ci il tarixli Varşava Konversiyasında "İnsan alveri"  anlayışının təsbit edilməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycan da bu Konversiyaya     11 may 2010-cu ildə qoşulub. Hüquqşünas həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  144-1 maddəsi haqqında da məlumat verdi. Tədbirdə "Azərbaycan Respublikası insan alverinə qarşı  mübarizəyə dair 2020-2024-cü illər üçün   Milli Fəaliyyət Planı"ndan da söhbət açıldı. Çıxışlarda insanları bu alverin qurbanlarına çevirən əsas səbəblərə  toxunuldu. Ən çox qadın, uşaq və gənclərin insan alverinin qurbanı olduğu söylənildi. Kubra Ələkbərova fəaliyyət göstərdiyi qurumda zərər  çəkmiş insanlara sığnacaqlarda hər cür yardım göstərildiyini  və onların anonimliyi saxlanıldığını qeyd etdi. Həmin mərkəzlərdə  zərər çəkmiş insanlara  maddi, mənəvi, psixoloji və hüquqi dəstək göstərildiyini  də nəzərə çatdırdı. Tədbirdə DİN-i və QHT tərəfindən hazırlanmış maarifləndirici bukletlər  paylanıldı.
Sonda insan alverinin qurbanlarına aid  videoçarx nümayiş etdirildi.
Çıxış edənlər mövzu ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırdı.

 

53.4 KB

 

66.1 KB